Azərbaycan şirkətləri üçün korporativ poçt
Şirkətinizin poçtu, öz domeninizdə.
ad@sirketiniz.az ünvanları Outlook, Gmail və telefonda işləyir. Veb-poçt, təqvim, kontaktlar və spam yoxlaması daxildir.
Sürətli qoşulma
Domeniniz bizim nameserver-lərdədirsə, poçt qeydləri avtomatik yazılır və poçt bir neçə dəqiqəyə işə düşür. Digər hallarda ayarları addım-addım göstəririk.
Azərbaycan dilində dəstək
Suallarınıza müraciət forması və WhatsApp ilə Azərbaycan dilində cavab veririk. Hər müraciət nömrələnir, cavab e-poçtunuza da gəlir.
DəstəkHər qutuda nə var
Bütün qutularda eyni imkanlar. Ödədiyiniz yalnız qutu sayıdır.
-
Öz domeninizdə ünvanlar
ad@sirketiniz.az, satis@, info@ — ünvanları özünüz açırsınız.
-
Tanış proqramlarda
Outlook, iPhone Mail, Android-də Gmail tətbiqi və Thunderbird.
-
Veb-poçt, təqvim, kontaktlar
Proqram quraşdırmadan brauzerdən istifadə, telefonla sinxronizasiya.
-
Spam və virus yoxlaması
Gələn məktublar qutuya düşməzdən əvvəl yoxlanılır.
-
İmzalanmış göndəriş
SPF, DKIM və DMARC məktublarınızın spam qovluğuna düşmə ehtimalını azaldır.
-
Avropa data mərkəzi
Serverlər Almaniyadadır, bağlantılar şifrələnir.
Üç addımda başlayın
-
1
Qutu sayını seçin
Nə qədər qutu lazımdırsa, o qədər ödəyirsiniz.
-
2
Domeni yönləndirin
Domeninizin nameserver-lərini dəyişirsiniz, poçt qeydləri avtomatik yazılır.
-
3
Qutuları açın
Əməkdaşlar üçün ünvan yaradın və proqramlara əlavə edin.
Qiymətlər
Qutu başına ödəyirsiniz. Qutu çoxaldıqca hər qutunun qiyməti ucuzlaşır.
Qiyməti hesablayın| Qutu sayı | Qutu başına, aylıq |
|---|---|
| 1–3 qutu | 7 ₼ |
| 4–10 qutu | 6 ₼ |
| 11–20 qutu | 5 ₼ |
| 21+ qutu | Xüsusi qiymət |
Suallar
Bütün suallarKorporativ poçt nədir?
Şirkətinizin öz domenində olan poçt ünvanlarıdır: ad@sirketiniz.az. Müştəri və tərəfdaşlar məktubun şirkətdən gəldiyini ünvandan görür.
Outlook və Gmail-də işləyəcək?
Bəli. Qutular standart IMAP və SMTP ilə işləyir: Outlook, iPhone Mail, Android-də Gmail tətbiqi və Thunderbird-ə əlavə olunur. Təlimatlar bölməsində addım-addım göstərilib.
Məktublarım harada saxlanılır?
Serverlər Almaniyada, Avropa data mərkəzində yerləşir. Poçt serverinə yalnız şifrələnmiş bağlantı ilə qoşulmaq mümkündür.
Köhnə poçtumdakı məktubları köçürmək olar?
Bəli. Köhnə qutular IMAP-ı dəstəkləyirsə, məktublar yeni qutulara köçürülür. Köçürmə zamanı köhnə qutu işləməyə davam edir.