Məzmuna keç
bımail

Tariflər

Qutu başına ödəyirsiniz: nə qədər qutu lazımdırsa, o qədər. Qutu çoxaldıqca hər qutunun qiyməti ucuzlaşır.

Qiymət pillələri

Qutu sayı Qutu başına, aylıq
1–3 qutu 7 ₼
4–10 qutu 6 ₼
11–20 qutu 5 ₼
21+ qutu Xüsusi qiymət
  • Hər pillənin qiyməti yalnız həmin pillədəki qutulara tətbiq olunur.
  • Hər qutuya 1 GB yer.
  • İllik ödənişdə 12 ay əvəzinə 10 ay ödəyirsiniz.
  • Qutu sayını istənilən vaxt artırıb azalda bilərsiniz.
  • Xidmət iş yazışması üçündür, spam və toplu reklam göndərişi qadağandır. İstifadə qaydaları

Aylıq ödəniş

33 ₼ / ay

Qutu başına orta hesabla 6,60 ₼ / ay

  • 3 qutu × 7 ₼ 21 ₼
  • 2 qutu × 6 ₼ 12 ₼
Sifariş et

Sifariş formasını göndərin, hesabı açıb ödəniş məlumatlarını sizə yazaq.

Sürətli qoşulma

Domeniniz bizim nameserver-lərdədirsə, poçt qeydləri avtomatik yazılır və poçt bir neçə dəqiqəyə işə düşür. Digər hallarda ayarları addım-addım göstəririk.

Azərbaycan dilində dəstək

Suallarınıza müraciət forması və WhatsApp ilə Azərbaycan dilində cavab veririk. Hər müraciət nömrələnir, cavab e-poçtunuza da gəlir.

Dəstək

Hər qutuda nə var

Bütün qutularda eyni imkanlar. Ödədiyiniz yalnız qutu sayıdır.

  • Öz domeninizdə ünvanlar

    ad@sirketiniz.az, satis@, info@ — ünvanları özünüz açırsınız.

  • Tanış proqramlarda

    Outlook, iPhone Mail, Android-də Gmail tətbiqi və Thunderbird.

  • Veb-poçt, təqvim, kontaktlar

    Proqram quraşdırmadan brauzerdən istifadə, telefonla sinxronizasiya.

  • Spam və virus yoxlaması

    Gələn məktublar qutuya düşməzdən əvvəl yoxlanılır.

  • İmzalanmış göndəriş

    SPF, DKIM və DMARC məktublarınızın spam qovluğuna düşmə ehtimalını azaldır.

  • Avropa data mərkəzi

    Serverlər Almaniyadadır, bağlantılar şifrələnir.

WhatsApp-da yazın