Məzmuna keç
bımail
Menyu

Suallar

Cavabını tapmadığınız sual varsa, info@bimail.az ünvanına yazın.

Korporativ poçt nədir?

Şirkətinizin öz domenində olan poçt ünvanlarıdır: ad@sirketiniz.az. Müştəri və tərəfdaşlar məktubun şirkətdən gəldiyini ünvandan görür.

Outlook və Gmail-də işləyəcək?

Bəli. Qutular standart IMAP və SMTP ilə işləyir: Outlook, iPhone Mail, Android-də Gmail tətbiqi və Thunderbird-ə əlavə olunur. Təlimatlar bölməsində addım-addım göstərilib.

Məktublarım harada saxlanılır?

Serverlər Almaniyada, Avropa data mərkəzində yerləşir. Poçt serverinə yalnız şifrələnmiş bağlantı ilə qoşulmaq mümkündür.

Köhnə poçtumdakı məktubları köçürmək olar?

Bəli. Köhnə qutular IMAP-ı dəstəkləyirsə, məktublar yeni qutulara köçürülür. Köçürmə zamanı köhnə qutu işləməyə davam edir.

Spam və virusa qarşı qoruma varmı?

Bəli. Gələn məktublar spam və virus yoxlamasından keçir. Göndərdiyiniz məktublar SPF, DKIM və DMARC ilə imzalanır, ona görə spam qovluğuna düşmə ehtimalı azalır.